Bu ölkələrdə hamı ingilis dilini bilir

28.11.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya ölkələrinin ingilis dili bilik səviyyələrini ölçən Education First (EF) növbəti hesabatını açıqlayıb.

Metbuat.az xəbər verir ki, hesabat 116 ölkəni əhatə edir.

Hesabata görə, Hollandiya və Norveç kimi ölkələr siyahıda ilk yerləri tutur. Hollandiyada əhalinin təxminən 90–93 faizi, Norveçdə isə 85–90 faizi ingilis dilində sərbəst danışır. Üçüncü yerdə İsveç, dördüncü yerdə Xorvatiya, beşinci yerdə isə Portuqaliya qərarlaşıb.

Türkiyə 116 ölkə arasında 65-ci sıradadır. Türkiyədə əhalinin cəmi 17–20 faizi ingilis dilini bilir.

Azərbaycan 116 ölkə arasında 86-cı yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью