Bu ölkələrdəki səfirlər geri çağırıldı YENİ TƏYİNATLAR

20.12.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Əmrə əsasən, onun yerinə Tofiq Fuad oğlu Musayev təyin edilib.

Digər sərəncamlarla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Adış Sakit oğlu Məmmədov isə Çexiyadakı səfir vəzifəsindən geri çağırılaraq, Qətərə səfir təyin edilib.

Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью