Bu ölkələrdən Azərbaycana gələnlər AZALIB

29.07.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"BBƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan, Cənubi Asiya vətəndaşlarının səfərlərində kəskin azalma var". 

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində deyib. O qeyd edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz azdır: 

"Lakin bu azalmanı qiymətləndirərkən onun strukturuna diqqət yetirmək vacibdir. Azalmanın əsas səbəbi Körfəz ölkələri və Cənubi Asiya regionundan gələn axınların azalması, eləcə də regionda baş verən hərbi-siyasi hadisələrin təsiri ilə bağlıdır.

Bununla yanaşı, digər istiqamətlər üzrə artım müşahidə olunur. Xüsusilə Avropa ölkələrindən, eləcə də türk dövlətləri – Qazaxıstan və Özbəkistandan Azərbaycana gələnlərin sayında artım qeydə alınıb.

Yəni ümumi azalma olsa da, bu, bütün ölkələr üzrə eyni səviyyədə deyil. Ən ciddi azalma məhz Körfəz və Cənubi Asiya istiqamətində müşahidə edilir".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью