Bu ölkələri “təhdid” adlandırdı

14.01.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya, Çin, İran və Şimali Koreya dünyada təhlükəsizliyə təhdiddir”.

Bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Avropa Parlamentindəki ilk çıxışı zamanı deyib.

Biz müharibədə deyilik, lakin sülh içində də deyilik. Biz xalqlarımızı və Avropa həyat tərzini necə qoruyacağımızı bilirik və indi sadəcə bunu etməliyik”, - Rütte bildirib.

Alyansın baş katibi Ukrayna ilə bağlı bildirib ki, Avropanın gələcəyi müharibənin nəticəsindən asılıdır:

“Biz orada dayanıqlı sülh istəyirik. Moskva məqsədlərinə çatsa, sülh mümkün olmayacaq. Məhz bu səbəbdən Aİ-nin Ukraynaya dəstəyi çox vacibdir. Bəlkə də indi güvəndəyik, beş ildən sonra belə olmaya da bilər”.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью