Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Valyuta bazarında - həm nağd, həm də qeyri-nağd bazarlarında təklif tələbi kəskin üstələyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
“Vətəndaşların manata, o cümlədən bank sektoruna inamı artmaqda davam edir. Dollarlaşma səviyyəsi illik əsasda 3,3% bəndi azalaraq 25,2% səviyyəsinə düşüb. Bu isə tarixi minimum rəqəmdir. Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə, dollarlaşma səviyyəsi 15,4% azalıb.
Bununla belə Mərkəzi Bankın ehtiyatları bu il 10 ayın nəticələrinə əsasən 34% artıb. Məbləğlə ifadədə bu, 3,9 milyard ABŞ dolları deməkdir və 15,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da ölkəmizin tarixi maksimum səviyyəsidir”, - deyə Taleh Kazımov qeyd edib.
Nuranə Daxilqızı