Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq | Icma.az
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik.
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə bildirib.
O qeyd edib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.
"Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək.
Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik", - Ciankarlo Alberti qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu