Bu ölkənin əhalisinin sayı 45,4 milyon oldu

25.11.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraqda Səddam Hüseyn prezident olduğu ildən, yəni  1987-ci ildən sonra ilk hərtərəfli siyahıyaalma keçirilib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İraqın baş naziri Məhəmməd Şia Sudani 37 ildən sonra noyabrın 20-də keçirilən siyahıyaalmanın nəticələrini açıqlayıb. Sudani ilk nəticələrə görə, ölkə əhalisinin 45,4 milyon nəfərə çatdığını açıqlayıb.

Siyahıyaalmadan əvvəl İraq Planlaşdırma Nazirliyi əhalinin 43 milyon nəfər olması ehtimalını nəzərdən keçirirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью