Bu ölkənin mediasında rus dili qadağan olunacaq

15.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Latviyada dövlət mediasında rus dilinin qadağan edilməsi təklif olunur.

Axar.az xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət televiziyası məlumat yayıb.

Latviyanın mədəniyyət naziri Nauris Puntulis hesab edir ki, ölkənin kütləvi informasiya vasitələrində rusdilli kontent tamamilə aradan qaldırılmalıdır.

Qeyd edək ki, o, bundan əvvəl tabeliyindəki qurumlara ictimai məkanda rus dilindən istifadənin dayandırılması barədə göstəriş vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью