Bu ölkənin paytaxtında 1000ə yaxın ev yandı

24.11.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Filippinin paytaxtı Manilada 1000-ə yaxın ev yanıb.

Lent.az-ın “France-Presse”-yə istinadən verdiyi xəbərə görə, güclü yanğın gecəqonduların olduğu yaşayış massivini əhatə edib.

Yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə 2000-ə yaxın ailə yaşayıb.

Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını, 2 helikopter cəlb olunub.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью