Bu ölkənin prezidenti həbsdən azad edildi

07.03.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yun Sok Yol Seul məhkəməsinin qərarından sonra həbsdən azad edilib.

Metbuat.az xəbər verir ki, "Yonhap" agentliyi məsələyə dair məlumat yayıb.

Məlumata görə, Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı ittihamın qanunsuz olduğunu iddia edərək Seul məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətinə müsbət cavab verib və onu azad edib.

Xatırladaq ki, Yun Sok Yol ötən ilin dekabrında verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyan ittihamı ilə yanvar ayında həbs olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью