Bu ölkənin səfiri İrandan çıxarıldı

04.09.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avstraliya səfirinin Tehranı tərk etdiyini açıqlayıb.

"Azad İran" "Telegram" kanalı bu barədə "Tasnim"ə istinadən məlumat yayıb.

İ.Bəqai Avstraliyanın İranla diplomatik əlaqələri azaltmaq qərarını tənqid edib və bildirib ki, Tehran da bu addıma cavab olaraq Kanberradakı diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. pizza

Onun sözlərinə görə, Kanberradakı İran səfirliyinin konsulluq idarəsi fəaliyyətini davam etdirir və Avstraliyada yaşayan iranlılara xidmət göstərir.

Sözçü İrana qarşı antisemitizm ittihamlarını isə "gülünc və əsassız" adlandırıb.

Qeyd edək ki, ötən həftə İranın Kanberradakı səfiri Sidney və Melburn şəhərlərində iki antisemit hücumda İran İslam Respublikasının iştirakına dair sübutlar ortaya çıxdıqdan sonra Avstraliyadan qovulub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью