Bu ölkənin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş etdi

29.06.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın "Jet2" aviaşirkətinə məxsus təyyarə Erfurt-Veymar hava limanında (Almaniya) planlaşdırılmamış eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Hava limanı nümayəndəsinin sözlərinə görə, səbəb "qeyri-müəyyən tüstülənmə" olub.

Yanğından mühafizə xidməti təyyarənin göyərtəsində alovlanma aşkar etməyib. "Airbus A321" təyyarəsi Erfurtda qalacaq və aviaşirkətin texniki mütəxəssisləri tərəfindən yoxlanılacaq.

Məlumatlara görə, təyyarə Yunanıstandan Londona uçurdu. Göyərtədə 225 sərnişin və 7 heyət üzvü olub. Xəsarət alan yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью