Bu ölkənin turizm hədəfi 70 milyon turist | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Otelçilər Federasiyasının prezidenti Erkan Yağcı Türkiyədə 70 milyon turistə çatmaq üçün izləniləcək yol xəritəsini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, 2024-cü ildə 60 milyon turist və 60 milyon dollar gəlir gətirən Türkiyə turizm sektoru turist sayını 70 milyona çatdırmaq üçün işlərə başlayıb.
Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) prezidenti Erkan Yağcı 70 milyon turist hədəfinə çatmaq üçün “yol xəritəsi”ni açıqlayıb.
2024-cü il turizm mövsümünü tarixi rekordlarla başa vurduqlarını deyən TÜROFED prezidenti Yağcı qeyd edib ki, “Türkiyə turizm tarixində ilkləri yaşadıq.
Biz həmişə Türkiyənin turizm potensialının nə qədər yüksək olduğunu demişik.
Biz çox yaxşı bilirik ki, bu rəqəmləri daha da irəli aparmaq üçün infrastrukturumuz və potensialımız var.
Mövcud şərtlərlə Türkiyə 2025-ci ildə turist sayını ən azı 5-10 faiz artıracaq.
Tam oxu
Xəbəri oxu