Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçdə əhalinin demoqrafik balansı ilə bağlı yeni proqramın gündəmə gəldiyi iddia edilir.
"Cebheinfo.az" xəbər verir ki, ölkədə kişi əhalisinin sayının azalmasını tarazlaşdırmaq məqsədilə xarici ölkələrdən kişilərin qəbul edilməsi və onların hər birinə aylıq 3 800 avro ödənilməsi nəzərdə tutulur. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
İddiaların yayılmasından sonra İsveçə köçmək istəyən şəxslər üçün müraciət qaydaları, yaş həddi və digər tələblərlə bağlı suallar yaranıb. Bununla belə, proqramın nə vaxt başlayacağı, ödənişlərin hansı müddətə veriləcəyi və kimləri əhatə edəcəyi barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, İsveçdə xarici vətəndaşların işləməsi üçün müəyyən şərtlər mövcuddur. 2026-cı il iyunun 1-dən qüvvəyə minən qaydalara əsasən, iş icazəsi almaq istəyən şəxslər üçün aylıq minimum əməkhaqqı tələbi 34 min 470 İsveç kronu müəyyən edilib. Lakin bu məbləğ dövlət tərəfindən xaricilərə verilən sosial yardım deyil, iş icazəsi çərçivəsində işəgötürənin təmin etməli olduğu əməkhaqqıdır.
İsveçin kişi əhalisinin sayını artırmaq məqsədilə xüsusi miqrasiya proqramı başlatması və ölkəyə köçən kişilərə aylıq 3 800 avro ödəməsi barədə yayılan məlumatlar hələlik təsdiqini tapmayıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin