Bu onların düşünərək müvafiq qərarlar qəbul etmələrinə ciddi təsir göstərir Təhsil eksperti

08.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Əzbərçilik metodu, əlbəttə ki, şagirdlərin və tələbələrin tənqidi düşüncə formalaşdırma bacarıqlarına, ümumiyyətlə, düşünərək müvafiq qərarlar qəbul etmələrinə ciddi təsir göstərir. Bunun səbəbi isə odur ki, onlar əzbərləmə yolu ilə ya buraxılış imtahanına, ya da blok imtahanına hazırlaşırlar və verilən informasiyanı yalnız əzbərləməyə yönəlirlər”.

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, bu onların özlərini ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur və şəxsi inkişaflarına mənfi təsir göstərir:

“Bu səbəbdən biz düşünürük ki, tələbələr və xüsusilə yuxarı sinif şagirdləri daha çox ədəbiyyat nümunələri - romanlar, bədii əsərlər oxumalıdırlar. Bu, onlarda müəyyən fikir formalaşdıracaq və özlərini ifadə etməyə kömək edəcək. Eyni zamanda müvafiq tapşırıqlar da yerinə yetirilməlidir".

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью