Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İhsan Doğramacı, Jak Şİrak, Viktor Yuşşenko, Sercio Mattarella...
Bu, “Heydər Əliyev” almış şəxslərin tam olmayan siyahısıdır.
Bu gün İlham Əliyevin sərəncamı ilə sabiq baş nazir Artur Rasizadə bu ordenə layiq görülüb və siyahını 27 nəfərə çatdırıb.
“Heydər Əliyev” ordenininin yaranma tarixi 28 aprel 2005-ci ilə təsadüf edir. Bu tarixdə İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatı kimi təsis edilmiş "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir.
3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.
Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25
Bəs bu mükafatlarla kimlər təltif olunub? İndiyə qədər 27 nəfər və onlardan 2-si qadındır.