Bu oyun Əliyar Ağayevə tapşırıldı

27.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan 2-ci liqasına vəsiqə uğrunda "Lerik" və "Şirvan" komandaları arasında keçiriləcək pley-off oyununun hakim təyinatları açıqlanıb.

QOL.az PFL-in saytına xidmətinə istinadən xəbər verir ki, matçı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi Cavid Cəlilov AVAR isə Əli Əliyev olacaq. 

Qeyd edək ki, görüş mayın 29-da "ASCO Arena"da, saat 16:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью