Bu oyunçunun forma satışı “Real”a həftədə 32 min avro qazandırır Mbappe, Vinisius deyil

10.07.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Cud Bellinqem davamlı olaraq hətta Mbappe və Vinisius kimi ulduzları da məhsul satışında geridə qoyur, onun 5 nömrəli forması Klublararası Dünya çempionatında - xüsusən Nyu-Yorkda ən populyar olub.

"Biz onun adı olan köynəkləri hər gün çap edirik. Gündə 50-yə qədər köynək mütləq rekorddur", -Milli.Az-ın xəbərinə görə, Pelé Store mağazalarından birindən bildirilib.

Bellinqem köynəyinin orta qiyməti 120 ilə 180 avro arasındadır. Təkcə onun satışları "Real"a həftədə 32.000 avro qazandırır. Və bu, Mbappe və Vinisiusun formaları nəzərə alınmadan. /lent.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью