Icma.az, Fanat portalına istinadən məlumat yayır.
2-ci Liqanın 5-ci turu çərçivəsində baş tutan "Araz-Saatlı" - "Quba" matçı qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatdı. Matçın ardından Quba təmsilçisinin qələbəsinə het-triklə töhfə verən hücumçu Vidadi Cəfərovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Ötən mövsüm "Şəmkir"in heyətində 31 qolla liqanın bombardiri olan 25 yaşlı forvardın Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Rahat oyun idi. Bəzi çətinliklərə baxmayaraq, qələbə qazandıq. Düzü, bu oyunda 3 qol biləcəyimi təxmin edirdim. Çünki hər oyunda özümdən qol və qollar gözləyirəm. Komandama fayda verə bildiyim üçün şadam. Qələbə qazanmaq həmişə xoşdur. Yaxşı, döyüşkən komandamız var. Növbəti matçlara da qələbə üçün çıxacağıq".
Nihat