Bu oyunda 44 penalti vuruldu

01.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Kubokunda bir matçda qalibi müəyyənləşdirmək üçün 44 penalti zərbəsi yerinə yetirilib.

Axar.az xəbər verir ki, bu, turnirin 1/64 finalında "Stenvord" və "Betun" komandaları arasında keçirilən görüşdə reallaşıb.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan penaltilər seriyasında isə komandalar ümumilikdə 44 zərbə vurublar. Zərbələrin cəmi 3-ü hədəfə düşməyib.

Nəticədə "Betun" komandası penaltilər seriyasında daha dəqiq olub - 21:20.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью