“Bu oyunda bizə gözəl futbol yox, nəticə lazımdır”

22.01.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz” Premyer Liqanın XIX turunda “Turan Tovuz”a qalib gəlib – 5:2.

Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Keyfiyyətli oyun oldu. Planlaşdırdıqlarımızı həyata keçirdik. Çoxlu emosiyalar, qollar oldu. Rəqibin qapısı qarşısında kifayət qədər epizod yarada bildik. Onların bir çox oyunçusunun olmayacağını bilirdik. Yaxşı hazırlaşmışdıq və qələbə qazandıq”.

“Kəpəz” növbəti turda elitada qalmaq mübarizəsində əsas rəqibləri olan “Səbail”lə üz-üzə gələcək. Xvalko qələbə arzuladıqlarını söylədi:

“Düşünürəm ki, bu oyunda bizə gözəl futbol yox, nəticə lazımdır. Bunun üçün çalışacağıq. Komandada çox futbolçu olanda məşqçi üçün də yaxşı olur. Çünki zədələr, itkilər qaçılmazdır. Məşqçinin nə qədər çox seçimi olsa, daha yaxşıdır”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью