“Bu oyunda da 3000dən çox azarkeşin gələcəyini fikirləşirik” Yevlax “Qəbələ”nin yolunu gözləyir

28.11.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, birinci liqada 8-ci turun mərkəzi oyunu Yevlaxda – “Karvan”la “Qəbələ” arasında keçiriləcək.

Görəsən, Yevlax bu oyuna necə hazırlaşır? “Qəbələ” ilə oyuna giriş biletlə olacaqmı? Cari mövsümdəki azarkeş rekordu qırılacaqmı? Bu sualları “Karvan”ın mətbuat katibi Bəhruz Musayevə ünvanladıq:

“Bilet pulla satılmır. İstənilən futbol azarkeşi gəlib, komandamıza dəstək ola bilər. Hər ev oyununda rekord qırılır. Bu oyunda da 3000-dən çox azarkeşin gələcəyini fikirləşirik”.


Qeyd edək ki, 1-ci liqada mövsümün azarkeş rekordu “Karvan” – “İmişli” görüşündə qeydə alınıb. 5-ci turun matçını 2500 adam izləyib.
ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью