Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu gün gecə baş tutacaq qarşılaşma "Qarabağ" və "Ayntraxt" komandası üçün son dərəcə vacibdir.
“Ayntraxt”ın növbəti mərhələyə yüksəlmək şansı “Qarabağ”dan daha az olduğu üçün onlar qarşıdakı hər iki oyunda qalib gəlməyə məcburdurlar.
“Qarabağ” üçün isə bir qələbə kifayətdir. Çox böyük ehtimalla qazanılacaq üç xal komandamızı Çempionlar Liqasının pley-off mərhələsinə yüksə
Məhz buna görə də bu oyun hər iki komandadan yüksək mübarizəkarlıq tələb edəcək və nə qədər klassik səslənsə də, “meydançanın hər qarışı uğr
Kim bu qələbəni daha çox istəyəcəksə, sonda qalib də o olacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bu gecə Tofiq Bəhramov stadionunda Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Ayntraxt" oyunundan danışarkən bildirdi.
Onun fikrincə, "Qarabağ"ın “Ayntraxt”ı məğlub etmək şansı var və bu, heç də az deyil: "Düzdür, “Ayntraxt” güclü komandadır, keyfiyyətli futbolçulardan ibarətdir və Bundesliqa təmsilçisidir.