Bu oyundan dərs çıxaracağıq Vensan Kompani

19.02.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səfərdə məğlub etdiyi (2:1) "Seltik" ilə Almaniyada 1:1 hesablı bərabərliyə razılaşaraq Çempionlar Liqasının 1/8 finalına yüksələn "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Şotlandiya klubuna qarşı çətin mübarizə barədə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Ağır heç-heçə idi. İkinci yarıda 2-3 qol vura bilərdik. Son 6 gündə çox enerji sərf etmişik. Hazırda Bundesliqada ən yaxın təqibçimizi 8 xal qabaqlayırıq və Çempionlar Liqasının 1/8 finalındayıq. Artıq bərpa üçün vaxtımız da var. Əlbəttə, həmişə dominantlıq etmək, rəqibdən güclü olmaq istəyirik. Xüsusilə öz meydanımızda... Amma ən vacib olan nəticədir. Bu oyundan dərs çıxaracağıq".

Nihat 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью