Bu oyunlar təxirə salındı Papanın ölümünə görə

21.04.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


İtaliya A Seriyasının aprelin 21-də keçirilməsi planlaşdırılan oyunları Vatikandakı iqamətgahında dünyasını dəyişən Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Papanın vəfatı ilə əlaqədar A Seriyasının Peşəkar Liqası çempionatda bu günə planlaşdırılan oyunların daha sonrakı tarixə təxirə salındığını elan edir”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, aprelin 21-də İtaliya çempionatında dörd oyunun keçirilməsi nəzərdə tutulmuşdu: “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio”, “Parma” – “Yuventus”.
Xatərladaq ki, İtaliya çempionatına 71 xalı olan “İnter” başçılıq edir. “Napoli” isə 71 xalla ikinci yerdədir. İlk üçlüyü 64 xalla “Atalanta” tamamlayır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью