“Bu, oyunun taleyini həll etdi” Qurban Qurbanov

26.11.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Hər şey düşündüyümüz kimi idi. Lakin 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə bir az çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” - “Qarabağ” matçından (2:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bir az problem yarada bilər. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi”, o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью