Bu partiyanın həmsədrləri Özəllə görüşdü

30.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına gediblər.

"Cebheinfo.az" xəbər verir ki, həmsədrlər Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür  Özəllə görüşüblər.

Hatimoğulları və Bakırhan Özəlin müavini Ensar Aytekin tərəfindən qərargahın qapısında qarşılanıblar.

Görüşdə CHP baş katibi Selin Sayek və sədr müavinləri Ensar Aytekin və Gökçe Gökçen də iştirak ediblər.

Sözügedən görüş təxminən 2 saat davam edib. Tərəflərin son zamanlarda gündəmdə olan qəyyum məsələləri ətrafında müzakirə apardıqları açıqlanıb. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью