Bu, Paşinyanın sonu olacaq İrəvanda siyasi xaos

20.11.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda iş adamı Samvel Karapetyanın işi ətrafında siyasi gərginlik artır.

Globalinfo.az xəbər verir ki, bunu Yerli “Alpha News” portalının baş redaktoru Tiqran Köçəryan RT-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Karapetyan azadlığa buraxılacağı təqdirdə Paşinyanın partiyadaxili mövqeləri nəzərəçarpacaq dərəcədə zəifləyə, hətta onun üçün sonun başlanğıcı ola bilər.

Köçəryanın sözlərinə görə, “Bizim yol” siyasi hərəkatının artan nüfuzu hakimiyyət üçün ciddi çətinlik yaradacaq. O vurğulayıb ki, Karapetyan həbsdə olsa belə, bu siyasi hərəkatın güclənməsi davam edir.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью