Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Who What Wear” moda portalının redaktorları bu payızın ən dəbli, lakin az diqqət çəkən rəng kombinasiyalarından birini açıqlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, portalın yazdığına görə, qara geyimləri bənövşəyi rəngli detal ilə tamamlamaq tövsiyə olunur.
Aktrisa Zoe Kravitz də tünd rəngli obrazını bənövşəyi şərflə tamamlayaraq bu tendensiyaya diqqət çəkib.
Bundan əlavə, COS, Zara, Alaïa və Reformation kimi məşhur brendlərin kolleksiyalarında bənövşəyi rəngli geyim və aksessuarlara daha çox rast gəlinir. Xüsusilə bənövşəyi çantalar payız obrazlarının diqqətçəkən tamamlayıcılarından birinə çevrilir.
Murad İsmayıl