Bu paytaxtda əhali sürətlə QOCALIR

22.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Çinin paytaxtı Pekində əhalinin sürətlə yaşlanması  tendensiyasının davam edəcəyi gözlənilir.

Proqnozlara görə, 2035-ci ilə qədər şəhər əhalisinin təxminən üçdə biri 60 yaşdan yuxarı şəxslərdən ibarət olacaq.

"Cebheinfo.az"-ın “Beijing Daily” qəzetinə istinadən məlumatına görə, 2025-ci ilin sonuna Pekində 60 yaş və yuxarı olan 5,29 milyon nəfər yaşayıb. Bu, şəhərin ümumi əhalisinin təxminən dörddə birini təşkil edib.

Çində əhalinin yaşlanması işçi qüvvəsinin azalması və pensiya sistemi üzərində maliyyə yükünün artması ilə bağlı narahatlıqları gücləndirir. Bu tendensiya ölkədə doğum səviyyəsinin artırılmasına yönələn tədbirlərin əhəmiyyətini də artırır.

“Reuters” agentliyinin hesablamalarına görə, Çində doğum səviyyəsini təşviq etmək məqsədilə ayrılan dəstək vəsaitlərinin 2026-cı ildə təxminən 180 milyard yuana (26,92 milyard dollar) çatacağı gözlənilir.

Bununla yanaşı, ölkədə yaşlı əhalinin sosial təminatını gücləndirmək məqsədilə əsas pensiya ödənişləri artırılır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью