Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Son dövrlərdə sosial şəbəkələrdə "karnivor pəhriz" (ətyeyən) adı ilə məşhur olan
Sfera.az xəbər verir ki, İndiana Universitetinin alimləri bu pəhriz növü ilə bağlı araşdırma aparıblar.
Məlum olub ki, bu pəhriz növü sağlamlıq üçün təhlükəlidir. Çoxlu ət istehlakı bədəndə sidik turşusunun səviyyəsini artıraraq böyrək daşların
2023-cü ildə aparılan bir araşdırma həftədə iki porsiya ət yeyən insanlarda 2-ci tip diabet riskinin daha yüksək olduğunu müəyyən edib.
Harvard Universitetinin alimləri isə yüksək miqdarda qırmızı ət istehlak edən insanlarda ürək xəstəliyi riskinin artdığını üzə çıxarıblar.
Mütəxəssislər onu da vurğulayırlar ki, yalnız ət yeyən insanlar vitamin və lif çatışmazlığı səbəbindən sinqa və xərçəng kimi xəstəliklərə daha çox meylli olurlar.
Böyük Britaniya Xərçəng Araşdırmaları Mərkəzi bağırsaq xərçənglərinin dörddə birinin lif çatışmazlığından qaynaqlandığını bildirir.
Mütəxəssislər müxtəlif qida qruplarını – tərəvəz, meyvə, qoz-fındıq, taxıl, ət, toyuq və balıq daxil balanslı bir pəhrizi tövsiyə edirlər.