Bu peşə etikasına ziddir, mənə görə ayıbdır Nazir

06.02.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Repetitorluğun müsbət və mənfi tərəfləri var. Ancaq bu valideynin seçimidir. Kim istəsə öz uşağını əlavə müəllim yanına qoya bilər".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, uşağını hətta dəbə görə repetitor yanına qoyanlar da var. Nazir məktəb müəllimlərinin repetitor fəaliyyəti göstərməsindən də danışıb:

"Ancaq necə ola bilir ki, eyni məktəb müəllimi üəllim olaraq zəifdir, amma repetitor olanda yaxşıdır. Bunun necəliyini mən qəbul etmirəm. Həm də bu fərdin vicdani məsələsidir. Cəmiyyətin buna qınağı olmalıdır. Öz məktəbində işləyən müəllim həm də həmin şagirdin repetitorudursa, bu peşə etikasına ziddir. Mənə görə bu ayıbdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью