Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada bəzi peşələr var ki, adlarını eşidən zaman insanın üzündə istər-istəməz təbəssüm yaranır.
Yeniavaz.com xəbər verir ki, bu qeyri-adi işlər təkcə gülməli deyil, eyni zamanda yüksək gəlir gətirən ciddi vəzifələr hesab olunur.
Aşağıda dünyanın ən maraqlı və gülməli sayılan 5 peşəsi və onların sahiblərinin harada çalışdığı barədə məlumatları təqdim edirik: Qoltuq iyləyən mütəxəssis Bu peşə sahibləri əsasən “Procter & Gamble”, “Unilever” və “Johnson & Johnson” kimi iri kosmetika və məişət kimyası şirkətlərində çalışırlar.
Onların əsas vəzifəsi dezodorant, sabun və şampun kimi məhsulların qoxu davamlılığını test etməkdir.
Təxmini illik gəlirləri 70 000 – 100 000 dollardır. Çipsin xırtıltısını dinləyənlər Qida sənayesində məhsulun akustikası da əhəmiyyətlidir.
Məhz bu səbəbdən “PepsiCo” və “Frito-Lay” kimi şirkətlərdə “xırtıltı testçisi” adı altında çipslərin səsi sınaqdan keçirilir.
Təxmini illik gəlirləri 40 000 – 60 000 dollardır. Panda qucaqlayanlar Çinin məşhur Panda Qoruma Mərkəzində çalışan bu insanlar panda balala