Bu peşə sahibləri ipoteka ilə ev almaq üçün nə etməlidir? Ekspert AÇIQLADI | Icma.az
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Millət vəkili Siyavuş Novruzov bildirib ki, bənna, dərzi, bərbər, malyar və digərləri güzəştli ipotekadan məhrumdur: "Onlar niyə bundan məhrum olmalıdır?
Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalarlar". Bəs regionlarda ipoteka şərtləri necədir?
Ümumiyyətlə, müəyyən peşə sahibləri nə üçün güzəştli şərtlərlə mənzil sahibi ola bilmirlər?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.
O deyib ki, istər bənna, istər dərzi olsun, istənilən peşə sahəsi ilə məşğul olan şəxslərin böyük hissəsinin, xüsusən də usta kateqoriyasında olan insanların əksəriyyətinin vergi ödəyicisi olması ilə bağlı rəsmi sənədi yoxdur, yaxud fərdi şəkildə çalışdığı üçün gəlirini tam göstərə bilmir, bəlkə də anlayışı yoxdur: "Hər hansı bir bank vətəndaşa kredit ayırırsa, verdiyi ipoteka və digər kreditlərlə bağlı vətəndaş hər hansı bir əmlakını belə girov qoyursa və ya hər hansı bir əmlak alma ilə bağlı müraciət edirsə, vətəndaşın həmin krediti ödəməsi ilə bağlı gəliri mütləq şəkildə göstərilməlidir.
Əgər vətəndaşın ödəmə qabiliyyəti yoxdursa, dünyanın heç bir yerində və xüsusən Azərbaycanda bank bu kateqoriyadan olan insanlara kredit ayırmır.
Təbii ki, həmin insanların gəliri bəlkə də başqa sahələrdə işləyən insanlardan daha çoxdur.
Tam oxu
Xəbəri oxu