Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rəna Həsənova Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, Rəna Həsənova 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
2018-ci ildə Böyük Britaniyanın Lester şəhərində “English Language Teaching Unit” tərəfindən təşkil olunan 14 günlük təlim kursunu uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib. Təyinata qədər Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.