Bu piyadanın hərəkətləri sürücünü şoka saldı VİDEO

07.03.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda piyadanın məsuliyyətsiz davranışları anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 5-də, paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu müəyyən olunmayan yerdən keçən qadın qəfildən avtomobilin qarşısına çıxaraq təhlükəli anlar yaşadıb. Sürücü səs siqnalı ilə xəbərdarlıq etməsinə baxmayaraq, o, vecsiz yanaşaraq hərəkət hissəsində yoluna davam edib. Görüntüdən də aydın şəkildə görünür ki, yolun kənarında səki var. Lakin piyada həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyub.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью