Bu plan Mask və Trampa görə təhlükədədir: İstənilən vaxt bloklana bilər

03.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının təxminən 50 ildən sonra Aya astronavt göndərməyi hədəfləyən “Artemis” proqramını ləğv edə bilər.

Publika.az xəbər verir ki, Trampın seçkilərdəki qələbəsindən bəri NASA-nın nəhəng Ay raketi “Space Launch System”in (SLS) təhlükə altında ola biləcəyi ilə bağlı fərziyyələr mövcuddur.

Raket ABŞ kosmik agentliyinin 1972-ci ildən bəri ilk dəfə insanları Aya qaytarmağı hədəfləyən “Artemis” proqramı üçün lazım olan bir neçə əsas elementdən biridir.

Amerikalı kosmos jurnalisti Erik Berger “X” hesabında bu barədə paylaşım edib: “Hələ qərar verməmişik, amma eşitdiyimə görə, NASA-nın “Space Launch System” raketinin ləğv olunma ehtimalı ən azı 50% kimi görünür”.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Roza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью