Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Nyu-Yorkda "Sotheby"s hərracında Qustav Klimtin “Elizabet Ledererin portreti” 236,4 milyon dollara satılıb və bu rəsm açıq hərracda satılan ən bahalı tablolar siyahısında ikinci yerə yüksəlib.
Ölkə.Az xəbər verir ki, əsər uğrunda təxminən 20 dəqiqə ərzində altı iştirakçı mübarizə aparıb və alıcının adı gizli saxlanılır. Hərrac evi qeyd edib ki, bu tablo onların hərracında satılan “ən bahalı müasir incəsənət əsəri” olub.
Mütəxəssislər yüksək qiyməti Klimtin tam fiqurlu portretlərinin nadirliyi ilə izah edirlər — onların əksəriyyəti muzey kolleksiyalarında saxlanılır. Tablo avstriyalı sənayeçi və rəssamın himayədarının qızı olan Elizabet Ledereri təsvir edir.
Dünya hərracları üzrə rekord isə hələ də 2017-ci ildə 450 milyon dollara satılmış Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (“Salvator Mundi”) əsərinə məxsusdur.
Leyla
Ölkə.az