Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ermənistanın yeni Konstitusiya layihəsi Prezident İlham Əliyev siyasətinin tarixi uğuru, tarixi nailiyyətidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, yeni Konstitusiya layihəsində Azərbaycan dövltinin bütün tələbləri öz əksini tapıb:
“Son dəyişiklikdən sonra Ermənistan gerbindən Ağrı dağının təsviri çıxarılıb, həm də qonşu dövlətlərə - Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkib. Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan dövləti bununla doğru, düşünülmüş addım atıb. Ermənistanın başqa çıxış yolu yoxdur. Paşinyan və onun siyasətii müdafiə edənlər, Ermənistan cəmiyyətindəki sağlam düşüncəli şəxslər dərk edirlər ki, onların normal, sülh şəraitində yaşaması üçün, Ermənistan dövlətinin mövcudluğu və inkişafı üçün qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməlidirlər. Ermənistan dayanıqlı, etibarlı sülh üçün Azərbaycanın səylərini dəstələməlidir. Başqa yol yoxdur”.
Seymur ƏLİYEV