Bu problemi həll etmir Nəqliyyat ekspert

01.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İctimai nəqliyyatın olduğu ərazilərdə yeni mənzil və biznes layihələrinin cəmləşdirilməsi avtomobildən asılılığın azalmasına və mövcud nəqliyyat infrastrukturundan daha səmərəli istifadəyə imkan verə bilər".

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib. Ekspert vurğulayıb ki, 

stansiyanın yanında çoxmərtəbəli bina tikib, lakin piyada keçidi, avtobus bağlantısı, məktəb, parklanma və sosial infrastrukturu yaratmamaq şəhərsalma problemini həll etmir. Əvvəlcə nəqliyyat infrastrukturu formalaşmalı, sonra onun ətrafında şəhərin sıxlığı və funksiyaları planlaşdırılmalıdır. Bu yanaşma Bakının yeni inkişaf mərhələsində xüsusilə metro, dəmir yolu və planlaşdırılan nəqliyyat qovşaqları ətrafında tətbiq oluna bilər.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью