“Bu problemləri biz yaratmamışıq, Azərbaycan konkret addımlar gözləyir” Azər Allahverənov …
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Görünən odur ki, Rusiya hazırki ritorikasından çəkilmək niyyətində deyil.
Mariya Zaxarovanın da dediyi kimi, Rusiyanın atacağı addımlar kifayət qədər çoxdur”.
Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.
O bildirib: 2Rusiyanın ardıcıl surətdə atdığı addımlar sanki ona hesablanmışdı ki, Azərbaycanla münasibətlər strateji tərəfdaşlıq mahiyyəti daşısa bilə, bu gün ondan çox-çox kənar səpkidə cərəyan etsin.
pizza hut “Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Vladimir Putin tədbirin nəticələri ilə bağlı brifinq keçirən zaman qeyd etdi ki, Azərbaycanla Rusiya arasında müəyyən problemlər var.
O vurğuladı ki, münasibətlərin dərinləşdirilməsində istək də mövcuddur.
Prezident İlham Əliyev isə öz növbəsində “Al-Arabiya” telekanalına müsahibəsində qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər soyuqluq dövrünü yaşamaqdadır.
Rusiya tərəfindən atılan ardıcıl addımlar bir çox müstəvidə özünü göstərdi.
Tam oxu
Xəbəri oxu