Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təltif edilmiş, habelə beynəlxalq tədbirlərin keçirilməsində fəal iştirakına görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilib.
Lent.az xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev və digər prokurorluq əməkdaşları iştirak ediblər.
Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarını təltif etməsi böyük diqqət və etimadın göstəricisidir: “Bu gün prokurorluq əməkdaşları üçün çox əlamətdar hadisədir.
Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 14 əməkdaşımız təltif edilmişdi.
Prokurorluq əməkdaşları heç vaxt xalq qarşısında öz xidmətlərini əsirgəməyiblər.
Daim çalışmışıq ki, bu şəxslər barədə öz vəzifələrimizi vicdanla yerinə yetirək. Prokurorluq orqanına daim böyük etimad göstərilib.
Bu etimadı gələcəkdə də doğruldacağımıza inanırıq”. Baş prokuror çıxışında BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə