Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
“Microsoft”, 2025-ci ilin dördüncü rübü üçün maliyyə nəticələrini açıqlayarkən “Windows 11” əməliyyat sisteminin əhəmiyyətli bir mərhələyə çatdığını açıqlayıb.
Lent.az xəbər verir ki, şirkətin məlumatlarına görə, “Windows 11” rəsmi olaraq qlobal miqyasda bir milyard istifadəçiyə çatıb.
Yeni əməliyyat sistemi bu vacib mərhələyə 1576 gündə çatıb. Sələfi “Windows 10” isə eyni nəticəni 1706 gündə əldə etmişdi.
2021-ci ilin oktyabr ayından bəri bazarda olan “Windows 11”, müasir interfeysinə baxmayaraq, tez-tez yeniləmə problemləri və sistem səhvləri səbəbindən tənqidlərin mərkəzində qalmaqdadır.
Windows gəlirləri əvvəlki illə müqayisədə 5% artım göstərsə də, bu göstərici Microsoft-un gözləntilərindən aşağı olub.
Şirkət “Windows 10” dövrünün sonu ilə yeni lisenziya satışlarında və cihaz yeniləmələrində daha böyük artım gözləmişdi.