Bu proqramları DƏRHAL SİLİN: Kart məlumatlarını oğurlayır

30.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Android” istifadəçilərinə edilən son xəbərdarlıqda smartfonlarda çox istifadə edilən 8 proqramda pozuntuların aşkar edildiyi bildirilib.

Avtosfer.az “Publika.az”a istinadən xəbər verir ki, bu gün həyatımızın vazkeçilməz hissələri arasında yer alan smartfonlar bəzən özü ilə birlikdə maliyyə riskləri də gətirir.

Bütün əmanətlərimizi ehtiva edən bank tətbiqləri virtual hakerlərin hücumlarına məruz qalarkən, telefonla edilən xərclər bəzən bank və kredit kartı məlumatlarımızın smart cihazlar tərəfindən qeyd edilməsinə səbəb olur.

“Android” istifadəçilərinə edilən xəbərdarlıqda geniş istifadə edilən 8 smartfon tətbiqinin icazəsiz proqramdaxili alış-veriş etdiyi bildirilib.

Sizdən xəbərsiz kartınızdan pul çıxaran proqramlar:

Smart Task Manager Flashlight+ K-Dictionary Quick Note Currency Converter Joycode EzDica Instagram Profile Downloader.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью