Sia Az saytına istinadən Icma.az xəbər verir. "Suriyada artıq hakimiyyət dəyişikliyi, demək olar ki, qüvvədədir.
Köhnə rejim artıq öz səlahiyyətlərini təhvil verib getdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, köhnə baş nazir təhvil-təslim prosesindədir: "Həm suriyalıları, həm ətrafda olan ölkələri ən çox düşündürən odur ki, Suriya gələcəyə aparacaq yolu necə təsəvvür edir, hansı yola üstünlük verəcək, hansı dövləti quracaq?" Problemlərin və sualların sayı çoxdur.
İddialı olanların da sayı çoxdur. Burada həm milli, dini azlıqlar, həm də çoxluqlar var. Bunların hamısının deməyə sözü var.
Çünki neçə illər ərzində Əsəd ailəsinin hökmranlığı var idi. İnsanların səsi də boğulmuşdu, səsini çıxaranı da zindana salırdılar.
İndi isə bir çox qadağalar aradan qaldırılıb. Amma bu, o demək deyil ki, ən yaxın zamanda Suriyada aydın mənzərə formalaşacaq, insanlar öz s
Çünki Suriyanın dərin problemləri həddindən artıq çoxdur. Hələ iqtisadiyyat əsas problemi deyil.
Tələb olunan əsas məsələ milli zəmində konsensusun əldə olunmasıdır.