Bu proseslər başa çatandan sonra daha qısa interval ortaya çıxacaq Ekspert

21.08.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

"Metropolitendə xəttlərin ayrılması prosesi yalnız hazırkı işlərlə yekunlaşmayacaq və gələcəkdə digər istiqamətlərdə də analoji tədbirlər görüləcək. Başqa istiqamətlərdə eyni proseslər həyata keçiriləcək və metro sistemi ümumiyyətlə başdan-başa dəyişəcək".

Nəqliyyat ekspert Elməddin Muradlı bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, bugün gördüyümüz 27-28 stansiyanı götürsək, bu, 2040-cı ilə qədər təxminən 60-a çatmalıdır. Yəni, ikiqat artım deməkdir. Bu, Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramında da öz əksini tapıb, Bakının Baş Planında da nəzərdə tutulub. 2025-2030-cu illərdə 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır. Bu stansiyaların tikilməsi ilə yanaşı, xətlərin ayrılması da baş tutmalıdır: "Xətlərin ayrılmaması əlavə vaxt itkisinə və texniki problemlərə səbəb olur. Nəzərdə tutulan işlər başa çatdıqdan sonra metroda interval da qısalacaq. Xətlərin ayrılmaması əlavə vaxt itkisi, əlavə texniki problemlər yaradır. İndi bu vaxt itkisi minimuma enəcək, interval dəyişəcək. Bu proseslər başa çatandan sonra daha qısa interval ortaya çıxacaq. İnsanlar şəhərin bir mərkəzindən başqa bir məntəqəsinə, bir nöqtəsindən digərinə getmək üçün dolayı marşrutlara üz tutmayacaqlar. Metroyla hərəkət edəndə daha qısa məsafə qət edəcəklər. Bunu indi sözlə deyirik, amma işlər başa çatandan sonra insanlar əməldə də görəcəklər ki, həqiqətən dəyişiklik baş verib”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью