Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyalı akademik: COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir.
SİA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells deyib.
Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayan Mark Hovells bildirib: “COP29-da keçirilən məhsuldar görüşlər iqlimlə bağlı təşəbbüsləri həyata keçirmək üçün çox yaxşı mühit yaradır.
COP29 digər iqlim konfranslarından fərqlənir, çünki bu dəfə əsas diqqət ambisiyaların reallığa çevrilməsinə yönəlib”.
Britaniyalı akademik iqlim maliyyələşdirilməsində böyük maneələrin olduğunu qeyd edib.
“Maliyyə vəsaitlərinin mövcudluğuna baxmayaraq, ölkələrin investisiya planlarını strukturlaşdırması və hökumət səviyyəsində qəbul edilə bilən xərclər-faydalar təhlilinə çevrilməsi çətindir.
Bu prosesin sadələşdirilməsi üzərində çox iş aparılır, çünki bir çox iqlim investisiyaları, əslində, çox sərfəlidir”, - deyə o əlavə edib.