Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paxyatxtın Ziya Bünyadov prospektində, Atatürk parkından İdrak liseyinə doğru olan yolda avtobus zolağının qüvvədəolma saatlarında dəyişiklik edilib.
Avtosferşaz xəbər verir ki, əvvəllər həmin ərazidə avtobus zolağı səhər saat 07:00-dan 10:00-dək, axşam isə 17:00-dan 21:00-dək qüvvədə olurdu. Yeni qaydaya əsasən, axşam saatlarında zolağın qüvvədəolma müddəti 17:00-dan 20:00-dək müəyyən edilib.
Beləliklə, avtobus zolağının axşam saatlarında qüvvədə olduğu müddət bir saat azaldılıb.
Qeyd edək ki, dəyişiklik həmin istiqamətdə hərəkət edən sürücülər üçün zolaqdan istifadə vaxtına təsir edir.
Eltac Züflüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227940.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler