Bu prospektdə məhdudiyyət var Təmir işləri aparılır FOTO

31.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Avtosfer.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – məlumatda qeyd olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью