Bu qadağa ən azından valideynlər və uşaqların üzərində nəzarəti olan şəxslər üçün xəbərdarlıq rolunu oynayır

30.01.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir. Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üçün müzakirələr aparılmalıdır.16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklifini necə qiymətləndirirsiniz?Sizcə bu qadağa uşaqların kiber təhlükəsizliyini real şəkildə təmin edəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasına tam nəzarət etmək mümkün deyil.

Fazil Mustafa

“Bu dəyişikliyə müsbət yanaşıram. Ümumiyyətlə, bu yaş kateqoriyasına aid uşaqların qorunması üçün vacib hesab edirəm. Təbii ki, buna tam nəzarət etmək mümkün deyil, amma ən azı valideynlər və uşaqların üzərində nəzarəti olan şəxslər üçün xəbərdarlıq rolunu oynayır. Bu məsələnin təbliğ olunması vacibdir. İnsanları maarifləndirmək lazımdır ki, sosial şəbəkələrin uşaqlara təsiri nə qədər ciddi ola bilər. Xarici ölkələrdə belə qadağaların fəsadları müşahidə olunur və buna qarşı addımlar atılır. Bizdə də bu cür yanaşma mütləq nəzərə alınmalıdır”-deyə Fazil Mustafa qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью